Ölkə

Bakıda "Niva" bir neçə maşını əzib, sürücü isə hadisə yerindən yayınıb - FOTO

13 Dekabr 2020 10:06
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Niva" markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan "VAZ 2115" və iki "Hyundai" markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb. "Hyundai"ın sürücüsü Cavid Xəlilovun APA-ya verdiyi məlumata görə, "Niva" yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra "Niva" markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.