Ölkə

Təhsil nazirindən müharibədə iştirak edən tələbələrlə bağlı açıqlama

18 Noyabr 2020 11:11
Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrimiz var. Təbii ki, onların da fərqli problemləri var və bunu başa düşürük.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda da Təhsil Nazirliyinə tələbələrin təhsil müəssisəsinə bərpa olunması, kəsirlərlə bağlı müxtəlif müraciətlər edilir. Nazirlik bu problemləri sistemləşdirməyə çalışır.

Nazir əlavə edib ki, problemlərin xarakterindən asılı olaraq, onların müxtəlif həll yolları var. Bəzi hallarda bu problemlərin qısa zamanda həlli üçün aidiyyatı təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilir. Amma bir çox hallarda bunlar qaydalarla tənzimlənən məsələlər olur:

"Hazırda bu məsələlər tərəfimizdən toplanılır və sistemləşdirilir. Bəzi hallarda biz bunu ali təhsil müəssisələrinin rəhbərləri ilə danışmaqla həll etməyə çalışırıq. Əgər qaydalarda dəyişikliyə ehtiyac varsa, onlarda dəyişiklik etməklə qələbəmizdə rolu olan hər bir soydaşımıza kömək göstərməyə çalışırıq. Təhsil Nazirliyi olaraq, biz də öz tərəfimizdən həmin qaydaları dəyişməyə, normativ baza yaratmaqla həll etməyə çalışırıq. Buna görə də xahişim ondan ibarətdir ki, müraciət edənlər mümkün qədər səbrli olub gözləsinlər. Problemdən asılı olaraq, bütün vətəndaşların müraciətlərinə baxılır və onların həlli qanunvericliyə zidd deyilsə, təbii ki, həll edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.