Ölkə

Azərbaycanda koordinasiya qrupu yaradılır - ÖZƏL

17 Noyabr 2020 16:30
Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müvafiq qurumlar COVİD-19 peyvəndinin tətbiqi ilə bağlı hazırlıq işlərinə indidən başlamalıdır, bu, vacibdir, yəni tətbiq planı artıq müəyyən edilməlidir. Nəzərə alsaq ki, Azərbaycanda da yoluxanların sayı sürətlə artmaqdadır, bu halda vəziyyətin daha da kritikləşməsinin qaçılmaz olduğunu düşünmək olar. 

Artıq dünyanın bir çox ölkələrində COVİD-19-un peyvəndinin tətbiqi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Peyvəndin tətbiqi ilə bağlı müəyyən planlar hazırlanıb.

Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?

TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Milli.Az-ın sorğusunu cavablandırıb:

"Peyvəndin tətbiqi ilə bağlı koordinasiya qrupunun yaradılması nəzərdə tutulur. Koordinasiya qrupunun yaradılması ilə bağlı Səhiyyə Nazirliyi, UNİCEF TƏBİB, eləcə də ÜST ilə danışıqlar aparılır. Koordinasiya qrupu peyvəndin necə gətiriləcəyi, harada və hansı şəraitdə saxlanacağı, hansı resurslardan istifadə ediləcəyi kimi məsələlərin müzakirəsi və həlli ilə məşğul olacaq".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.