Ölümlə nəticələnən qəzaların sayı niyə artır? - İşıqfor işləmir, nişan, xətt yerində deyil...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiya şəraiti ilə əlaqədar olaraq ölkədə tətbiq edilən məhdudiyyətlərə baxmayaraq yollarda tez-tez çox ağır, ölümlə müşahidə edilən qəzaların şahidi oluruq.

Ölümlə nəticələnən qəzaların sayının bu qədər artmasına səbəb nədir?
Bununla bağlı Milli.Az-a açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücülərin dünya görüşünü dəyişəcək maarifləndirmə işləri apara bilmirik:

"Həmişəki səbəblərdir. Xüsusi bir səbəb yoxdur, amma səbəb də çoxdur. Burada yol hərəkəti təhlükəsizliyinə yanaşmadakı biganəlikdən tutmuş, insanların öz həyatlarına, sağlamlıqlarına laqeyd münasibətinə qədər hər şey var. Ümumən götürəndə yol nəqliyyat hadisələrinin səbəblərini biz adətən rəsmi dövlət qurumlarının bəyanatlarına baxıb deyirik, amma o bəyanatlarda, əslində, səbəblər yox, elə hadisələrin özləri göstərilir. Yazırlar sürət həddi pozuldu, manevr qaydaları pozuldu. Amma əslində, bunlar artıq qayda pozuntularıdır, səbəb başqadır. Səbəb, məsələn, sürücü hazırlığındakı problemlərdir ki, peşəkar sürücülər hələ də hazırlaya bilmirlər, lazımi maarifləndirmə işləri, yəni həyat tərzini, dünya görüşünü dəyişən marifləndirmə işləri apara bilmirik. Sadəcə, "Qaydalar var, onlara riayət edin" demək çox azdır. Ən üst səviyyədə yaxşı nümunələr olmalıdır.

Yol hərəkətinin təşkilində də ciddi qüsurlar var. Tutaq ki, yollarımız işıqlandırılmır. Bəzi texniki problemlər var, məsələn, işıqfor işləmir, nişan, xətt yerində deyil və yaxud da görünmür. Bütün bunlar hamısı toplaşanda həmin acınacaqlı mənzərə yaranır. Hələ ki, yol hərəkəti təhlükəsizliyinə yanaşmamız yetərincə deyil, bu işlə məşğul olan dövlət qurumları üzərlərinə düşəni edə bilmirlər. Əsas problemimiz buradadır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





