Ölkə

İctimai yerlərdə 5 nəfərədək toplaşmaq məhdudiyyəti 10 nəfərə qaldırıldı - QƏRAR

4 Sentyabr 2020 19:35
Baxış: 1 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat Nazirlər Kabinetinin "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.