Ölkə

Təhsil naziri avtobus sürən direktora töhmət verdi

1 Sentyabr 2020 16:30
Baxış: 3 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

Milli.Az bildirir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,  "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, E. Rzayevin sosial şəbəkələrdə avtobus sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra BNA rəsmisi Mais Ağayev açıqlama yayaraq bildirmişdi ki, sözügedən şəxsin sürücü işləməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir: "Bildiririk ki, "BakuBus MMC"də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.