Ölkə

Suraxanıda mütəmadi abadlıq-təmizlik aksiyaları təşkil olunur - FOTO

28 Avqust 2020 16:48
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ətraf-mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması, eləcə də rayon ərazisində səliqə-sahmanın yaradılması məqsədilə sanitar təmizlik daim nəzarətdə saxlanılaraq aidiyyəti üzrə müvafiq tapşırıqlar verilir, mütəmadi abadlıq-təmizlik aksiyaları təşkil olunur.

Tullantıların ətrafa yayılmasının qarşısının alınması məqsədilə qəsəbələrdə məişət tullantılarının vaxtı-vaxtında yığılaraq daşınmasına gücləndirilmiş nəzarət davam etdirilir.

Bu gün növbəti dəfə Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda, məktəb, baxça küçələrində, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində genişmiqyaslı iməcilik təşkil olunub. DOST İŞ Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin və Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının cəlb olunduğu iməcilikdə ətraf ərazi yabanı, quru alaq otlardan təmizlənib, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılıb. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.