Ölkə

Nazir vətəndaşlarla online görüşdü - FOTO

20 Avqust 2020 16:57
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov 4 rayon və şəhərdən- Mingəçevir, Ağdaş, Ağsu və Göyçaydan olan vətəndaşların təklif və şikayətlərini online şəkildə dinləyib.

Ümumilkdə qəbulda 20-ə yaxın vətəndaş iştirak edib. Gənclərin müraciətləri sırasına könüllülük, rəssamlıq,  Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir sıra online platformaların  yaradılması, layihələrin gerçəkləşdirilməsi istiqamətində nazirlik tərəfindən dəstək göstərilməsi təklifləri irəli sürülüb.

Fəxri adların, idman zallarına idman avadanlıqlarının verilməsi, Ağdaşda Gənclər Mərkəzinin, Ağsuda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı müraciətlər də vətəndaşlar tərəfindən bildirilib.

Nazir Azad Rəhimov vətəndaşların suallarını cavablandırdıqdan sonra gənclərə müraciət edərək qeyd edib ki, bu dönəmdə bacardıqları qədər yaradıcı olub, müxtəlif layihələr üzərində çalışsınlar. Məhz karantin dönəmi bitdikdən və layihələrin icrasına başlanıldıqdan sonra bu onların inkişafına dəstək verməklə yanaşı, eyni zamanda, çox böyük yeniliklərə də təkan vermiş olacaq.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.