Ölkə

Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib - FOTO

11 Avqust 2020 11:01
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant) göstərilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsi çərçivəsində verilən sub-qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonu, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcəkdir.

Qeyd: 2020-ci ilin fevralından fəaliyyətə başlayan Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu üzrə mikro, kiçik və orta sahibkarlara və biznesə başlamaq istəyənlərə, o cümlədən startaplara, ailə biznesinə, əlillərə, gənclərə və qadınlara biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, məlumatlandırma, təcrübə proqramlarında iştirak kimi istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.