Ölkə

DANX-a yeni rəis müavini təyin edildi

10 Avqust 2020 15:46
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

Bu barədə Milli.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.

Fərid Bağırov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, "Azərbaycan Hava yolları" QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Ailəlidir, 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.