Ölkə

TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir

8 Avqust 2020 12:15
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz daha çox COVİD-19-a yoluxmanın yüksək olduğu ölkələrin mütəxəssisləri ilə əlaqədə olmağa çalışırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yoluxmanın çox olduğu ölkələrin təcrübələri daha çox öyrənilir. Bu məsələ ilə bağlı postsovet ölkələrinin təcrübələrini öyrənmək üçün mütəxəssislərlə mütəmadi olaraq, onlayn görüşlər keçirilir.

Y.Qarayeva deyib ki, təcrübə mübadiləsi zamanı müalicə işinin təşkili, xəstəxanada işlərin təşkili məsələlərinə xüsusi diqqət ayrılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.