“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin nəzərinə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.
Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: "Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.
Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.
Bəzən insanlar fikirləşirlər ki, "gedim, buraxarlar". Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar".
K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:
"Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu





