Ölkə

"Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir" - Nazir

5 Avqust 2020 12:01
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyası səbəbindən yaranmış neqativ iqtisadi proseslərin dərinləşməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, lakin qarşıda duran təhlükələr var və bu da əsasən dövlət büdcəsinin gəlirlərinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neft sektorundan əldə olunan mənfəət vergisi və gömrük rüsumlarının azalması proqnozlaşdırılır. Nazir qeyd edib ki, ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir. S.Şərofov əlavə edib ki, Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır.

S.Şərifov bildirib ki, bu baxımdan dövlət büdcəsinə müvafiq dəyişikliklər edilir ki, kifayət qədər çevik maliyyə buferi yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alına bilsin.
Nazir vurğulayıb ki, yaranmış vəziyyətdə dövlət xərclərin azaldılması deyil, bir qədər artırılmasını nəzrdə tutur ki, mənfi proseslərin qarşısı alınsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.