Ölkə

Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

4 Avqust 2020 17:25
Baxış: 1 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Trend-ə bildirib.

Belə ki, Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.

Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.