Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC regionlarda genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəbəkə infrastrukturu layihəsi hazırlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən bildiriblər.
İlkin mərhələdə dörd regionda - Gəncə, Sumqayıt, Abşeron və Masallıda ən yeni GPON (Gigabit Passive Optical Network) texnologiyasından istifadə olunmaqla infrastruktur rekonstruksiya ediləcək:
"Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə bu texnologiyanın digər regionlarda quraşdırılmasına başlanacaq".
Qeyd edək ki, GPON texnologiyası istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.
Milli.Az