Ölkə

Bakı zooparkında təmir nə vaxt başa çatacaq? - AÇIQLAMA

20 İyul 2020 19:17
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Zooloji Parkında gedən təmir işlərinin ilin sonuna qədər yekunlaşacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Zooloji Parkında başlanan təmir işləri hələ ki, davam edir:

"Düzdür, bu istiqamətdə dəqiq məlumat verə bilmərəm. Amma düşünürəm ki, ilin sonuna qədər işlər yekunlaşar. Biz də xəbər gözləyirik ki, tədricən heyvanları yeni yerlərinə köçürək".

A.Hüseynov karantin rejiminə baxmayaraq, zoorparkda hər şeyin qaydasında olduğunu bildirib:

"Heyvanlarımızın baxımına diqqət edirik. Bu günlərdə dişi şir əməliyyat olunub. Səhər adlı türk həkim, Baytarlıq Elmi Tədqiqat İnstitutunun həkimi İltifat Hacıyev, Bakı Zooloji Parkının həkimləri bu əməliyyatda iştirak ediblər. Təxminən üç saata qədər davam edən əməliyyatdan sonra şirin vəziyyəti normaldır".

Bakı Zooloji Parkına Belarusdan yeni heyvanların gətiriləcəyini deyən A.Hüseynov bu istiqamətdə danışıqların aparıldığını bildirib:

"Hazırda sənədləşmə işləri aparılır, razılıq artıq alınıb. Biz ora dişi qamış pişiyi göndərəcəyik, Bakı Zooloji Parkına isə üç çay timsahı, bir-iki növ ilan gətirilməsi nəzərdə tutulur. Bizim digər ölkələrdəki zooparklarla sıx əlaqələrimiz var. Heyvanları dəyişmə üsulu ilə zooparkdakı kolleksiyanı genişləndirməyə çalışırıq".

"Bu müddət ərzində bir neçə xırda quş istisna olmaqla, kütləvi heyvan tələfatı yoxdur", - deyə, direktor qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.