Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir.
Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.
Milli.Az