Ölkə

Nazir müavini: "Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilib"

14 İyul 2020 13:16
Baxış: 5 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda döyüşlər davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir:

"Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq".

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.