Ölkə

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

14 İyul 2020 10:24
Baxış: 2 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Sağlamlıq Mərkəzi COVİD-19 infeksiyasına yoluxmuş Kliniki Tibbi Mərkəzin reanimatoloqu Dr. Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub:

"Ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.