Ölkə

MN düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlara münasibət bildirdi

13 İyul 2020 16:27
Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır: "Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.