Ölkə

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

10 İyul 2020 18:23
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, "Şimal-Cənub", "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub.

Onun sözlərinə görə, xaricdən idxal olunan hər hansı məhsulda qıtlıq olmayıb. PA rəsmisi vurğulayıb ki, Qərb sərhəd-keçid məntəqəsində yerli və əcnəbi sürücülər testdən keçirilir:

"Pandemiya başlayan dövrdən də şimal istiqamətindən polisin müşayiəti ilə keçid təmin olunur. Bu sahədə hər hansı problem varsa, birgə araşdıraraq həll yollarını tapmalıyıq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.