Ölkə

Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı - FOTO

7 İyul 2020 12:24
Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb. Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlı və müştərilərin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.