Ölkə

ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır

6 İyul 2020 14:59
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB telekanalının koronavirusa yoluxan əməkdaşlarının vəziyyəti normaldır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

Onun sözlərinə görə, telekanal əməkdaşları hazırda müalicələrini davam etdirirlər: "Vəziyyətləri şükür olsun yaxşıdır. Hazırda özlərini yaxşı hiss edirlər, səhhətlərində ciddi problem yoxdur".

O. İbrahimli bildirib ki, "ARB-24" kanalının Baş redaktorunun müavini Aynur Nəsirovanın da səhhətinin normaldır: "Aynur xanımla da əlaqə saxlamışıq. Şükür olsun yaxşıdır o da. İnşallah tezliklə normal həyatlarına və işlərinin başına dönərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.