Ölkə

Azərbaycanda televiziya əməkdaşı koronavirusdan vəfat etdi

1 İyul 2020 14:09
Baxış: 3 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib. 

AzTV-dən Milli.Az-a verilən məlumata görə, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.

Məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. "Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", - deyə məlumatda qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.