"Qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın görəcəyik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dövləti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə yoluxma halı minimum həddə idi. Lakin təəssüflər olsun ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətinin artmasına səbəb oldu".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, yoluxmaların sayında artımın müşahidə edilməsi yenidən sərt karantin rejiminin tətbiqini zərurətə çevirdi:
"Eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Göründüyü kimi sərt karantin rejiminin yenidən tətbiqi öz nəticəsini verməkdədir. Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb. Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Hesab edirəm ki, karantin rejimi sərtləşdirilməsəydi daha çox sayda yoluxmalar baş verə bilərdi, bəlkə də gündəlik yoluxma sayı 1000-i ötərdi, lakin çox sevindiricidir ki, bu vəziyyətlə qarşılaşmadıq".
A.Həsənova vurğulayıb ki, qarşıdakı günlərdə sərt karantin rejiminin nəticələrini daha aydın şəkildə görəcəyik. O qeyd edib ki, hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhərdə insan sıxlığı və ictimai nəqliyyatdən istifadə aşağı düşüb: "Eyni zamanda hesab edirəm ki, ciddi karantin nəticəsində əhalinin dana çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşmasına və müsbət tendensiyanın müşahidə edilməsinə gətirib çıxaracaq".
Deputat əlavə edib ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir: "Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Əvvəllər şayiələr yayılırdı ki, virus yoxdur, bunlar hamısı "siyasi oyundur" ancaq indi bu cür şayiələr keçərli deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Ona görə də artıq şayiələrə, bəzi çaşdırıcı məlumatlara əhəmiyyət verməməliyik, həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməl etməliyik. Əgər buna tam əməl edə bilsək, tez bir zamanda vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)
XƏBƏR LENTİ
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Qaçırıldığı iddia olunan təyyarədə nə baş verib?: “Qışqırıq və bağırtılar eşitdik”
-
S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Hasan Şaşın narkotik testi müsbət çıxdı, Yağız Sabuncuoğlunun isə...
-
Yubiley Qran-prisi: Bakı dünya mediasının baş xəbərinə çevrildi - (Foto)
-
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
-
Naziri müavininə yeni vəzifə verildi - (Foto)
-
Pakistandaki 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
-
Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb
-
Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib (Foto-Video)
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq





