Koronavirusa yoluxmuş iki körpəsi olan azərbaycanlı həkim: Yaşamaq istəyirəm - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən Elmi Tədqiqat Ağciyər İnstitutunun həkimiyəm. Ölkəmizdə COVİD-19 pandemiyası qeydə alınandan koronavirusla mübarizəyə qoşulan həkimlərdən biriyəm".
Bunu Milli.Az-a müsahibəsi zamanı koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada virusa yoluxan həkim Günay Əliyeva deyib.

O, ezamiyyətdən dönən kimi Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunduğunu bildirib:
- Rayonda ezamiyyətdə idim. Qayıdanda koronavirus xəstələri üçün ayrılan Mərkəzi Neftçilər Xəstəxanasına ezam olundum. Aprel ayının əvvəlindən etibarən aprel və may ayını orada çalışmışam.
Pandemiya ilə mübarizə aparan həkimləri ən çox yoran məqam nədir?
- Xəstələr çoxdur, iş saatı ağırdır. İnsan həm mənəvi, həm fiziki yorulur. Xəstələrin çarəsizliyi, boğulması, təngnəfəsliyi, hamı səndən kömək istəyir... Bununla bərabər inanmayan insanlar adama daha çox əziyyət verən məqamdır. Həmin dönəmdə, hələ may ayında koronavirusa o qədər inanmayan insan var idi ki. Hər cür söz-söhbət eşidirdim. Təsəvvür edin deyirdilər ki, həkimlər malyariyaya koronavirus dioqnozu qoyurlar. Hər şey eşidirdik, bu da insanı gərginləşdirir. Çatdıra bilmrsən ətrafına ki, vəziyyət ciddidir, ağırlaşacaq, yoluxma sayı çoxalacaq. Onda yoluxma indikindən qat-qat az idi. İlk karantin dövründə yaxşı effekt almışdıq, yoluxmaların sayı azalmışdı, izolyasiya edilmişdi. Amma biraz karantin yumşalan kimi insanların çoxunun virusun olduğuna inanmaması hər şeyi gətirdi bu vəziyyətə çıxardı. Mayın sonlarında artıq elə bir xəstə axını var idi ki, dəhşət idi. İndi də davam edir.

Nə vaxt yoluxduğunuzu hiss etdiniz?
- Mayın 31-i növbədə idim. İyunun 1-i növbədən çıxanda artıq səhhətimlə bağlı şikayətlərim var idi. Yorğunluq, əzələ ağrıları, oynaqlarımda, dizlərimdə, baldır əzələlərimdə ağrı, halsızlıq, yüksək tempertaur, boğazda yanma, göynəmə hiss edirdim. Test götürüldü, nəticə pozitiv çıxdı. Müalicəmi Mərkəzi Neftçilər Xəstəxanasında almağa başladım.
Müalicəniz davam edirmi?
- Yox. Artıq müalicəm bitib, evdəyəm. Gələn həftədən yenidən işə çıxacam.
Səhv etmirəmsə ailəlisiniz, övladlarınız var. Testiniz pozitiv çıxanda hansı hissləri keçirirdiniz, nə düşünürdünüz?
- (4-5 saniyəlik sükut çökdü, titrtək səslə... - red) Çox dərin sual verdiniz. Əslində hər gün həkim kimi girdiyim palataya, xəstəyə "Necəsən?" dediyim palatada xəstə kimi qalmaq çox qəribə və çətin bir hissdir. Bir az qorxurdum. Mən də hər bir insan kimi ölmək istəmirəm. Xəstəliyim ağırlaşa bilərdi, çünki bizim orqanizmimiz nisbətən daha yorğundur və virusla daha çox kontaktdayıq. Xəstəliyi aqressiv keçirmək ehtialmız, yüksək risk qrupu olma ehtimalımız var. Bunun üçün ilk günlər qorxu var idi. Hər şey yaxşılığa doğru getdi. İki övladım var, hər ikisi azyaşlıdır. Son bir həftədir mən onları görürəm. 3 ay yarıma qədər öz uşaqlarımı görməmişəm.

Sərt karantin rejimi uzadılmalıdırmı?
- Karantinə qarşı insanlarda bir aqressiya var idi. Amma anlamsız bir şeydir. Çünki bu gün insanların hər bir məlumata çıxışı var, internet əsridir. Hansı ölkədə hansı proseslərin baş verdiyi ilə maraqlanmaq olur. Bizdən öncə koronavirusu çox ağır yaşayan ölkələr var - İtaliya olsun, İspaniya olsun, Çin olsun. Çox ağır təcrübələr var, hansı ki, onlar hazırlıqsız yaxalanmışdılar, hansı ki, onlar vaxtında qərar verə bilmədilər, nəticələri düzgün idarə edə bilmədilər. Onların təcrübələrinə baxıb virusun yayılmağını qabaqlamaq lazımdır və bunu Azərbaycan çox vaxtında başladı. Sadəcə, əhali bizə dəstək olmadı. Əhalinin inanmayan kütləsinin bizə dəstək olmamağı bu gün 500 yoluxmaya səbəbdir. Əhali karantin qaydalarına düzgün riayət etsə yoluxmalar nə qədər azalacaq. Bu o demək deyil ki, bu gün yoluxmadı, sabah da yoluxmayacaq. Sadəcə, məntiqi bir ardıcıllıq var. Bu gün yoluxmaların azalması xəstə axınına və səhiyyənin bu yükü götürə bilmə qabiliyyətinə təsiri var. Bir laboratoriya gündə nə qədər analiz işləyə bilər və bir həkim neçə xəstəyə nəzarət edə bilər?! Bunların hamısı hesablanmalıdır və hər biri nəzərə alınmalıdır. Karantin ona görə tətbiq olunur. Əhalinin birdən-birə çox hissəsinin yoluxması bir xaos yaradır. Əhalinin gec yoluxması ona görə yaxşıdır ki, ona qədər koronavirus haqqında tədqiqatlar yekunlaşacaq. Bu, uğurdur. Çində koronavirus yayılanda müalicə üçün dərman tapa bilmirdilər. Hansı dərmanın nə dərəcədə təsiri olacağını bilmirdilər. Amma müəyyən müddət sonra, 2 ay əvvəl tətbiq olunmayan dərman indi tətbiq olunur. Müəyyən qədər xeyiri olur, ən azı xeyli koronavirus xəstəsinin xilas olmasına şans yaradır. Bunları nəzərə alaraq əhali gərək kömək eləsin. Ölkəmizdə karantin rejimi yenidən uzadıla bilər. Bu, vəziyyətlə bağlıdır. Yoluxma sayı azalmazsa, belə davam edərsə və ya daha da ağırlaşarsa təbii ki, sərtləşdirilmiş karantin rejimi uzadıla bilər.
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)





