Ölkə

Bu işçilərə maaşdan əlavə pul verilməsi təsdiq olundu

29 İyun 2020 12:54
Baxış: 3 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.