Ölkə

Qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik - Səhiyyə komitəsinin sədri

29 İyun 2020 11:49
Baxış: 1 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ciddi xəbərdarlıqdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da virusa yoluxmaların sayının arması səhiyyəyə çox ciddi təsir edərək gərginlik yaradır.

Komitə sədri qeyd edib ki, düzdür, Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazası, kadr peşəkarlığı yüksək səviyədə olması epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bununla belə tibbi müəssiələrində gərginlik müşahidə edilir.

O qeyd edib ki, bu gün xəstəxanalara müraciət edənlərin böyük əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edirlər ki, bu da da vəziyyəti daha da gərginləşdirir. Komitə sədri vurğulayıb ki, hər kəs maska taxsa virusun yoluxma səviyyəsi cəmi 1.5 faiz təşkil edir: "Ancaq qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Hər kəs bunu nəzərə almalı və qaydalara ciddi riayət etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.