Ölkə

“E-Təbib” tətbiqindən istifadə qaydaları müəyyənləşdi

25 İyun 2020 18:40
Baxış: 2 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"E-Təbib" tətbiqindən istifadə qaydaları müəyyənləşib.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, "E-Təbib" mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP" kodu daxil edilir;

- giriş etdikdən sonra "lisenziya razılaşma" bölməsinədaxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm" düyməsi sıxılır;

- "Bluetooth" və "GPS" sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə "icazələr" bölməsinə keçd edilir;

2. tələb olunan "FİN" kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. "Göndər" düyməsi sıxılır;

- "Təsdiq" və ya "İmtina" mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

- "Təsdiq" mesajı gəldikdən sonra icazə alınmış sayılır.".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.