Ölkə

Təhsil Nazirliyi: Karantin rejimi dərslik hazırlanması prosesinə maneçilik törətməyib

23 İyun 2020 13:59
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün dünyada geniş yayılan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 virusu, eləcə də tətbiq edilən karantin rejimi ölkəmizdə dövlət ümumi təhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesinə heç bir maneçilik törətməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, reallaşdırılması nəzərdə tutulan bütün işlər planlaşdırılaraq həyata keçirilib və onların əksəriyyəti artıq yekunlaşıb.

Əlavə edilib ki, 2020/2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün ümumilikdə 339 adda 7233214 nüsxə kağız dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.