Ölkə

Sərtləşdirilmiş karantin rejimi uzadıla bilər? - TƏBİB açıqladı

20 İyun 2020 12:19
Baxış: 7 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sərtləşdirilmiş karantin rejimi uzadıla bilərmi?

Milli.Az xəbər verir ki, sualı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva cavablandırıb.

Şöbə müdiri növbəti qərarın yoluxma sayının statistikasından asılı olduğunu bildirib:

"Qəbul olunan bütün qərarlar sanitar epidemioloji vəziyyətin dəyərləndirilməsi əsasında aparılır. Bugünkü gündə yenə də biz vətəndaşlarımızın qaydalara riayət etməməsini görsək və statistik rəqəmlərimiz getdikcə artsa və biz bunun təhlükəsizliyini hiss etsək, ona əsasən qərarlar qəbul ediləcək. Qəbul olunan qərarlar statistik məlumatlara və sanitar epidemioloji vəziyyətə əsaslanacaq".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.