"Test nəticəsi neqativ olan, test nəticəsi hələ açıqlanmayan, amma kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin də sayı çoxdur".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, bəzi hallarda - xəstəlik 7-8 gün irəlilədikdən sonra COVİD-19 virusu yalnız aşağı tənəffüs yollarında aşkarlanır. Həmin zaman virus artıq burun-udlaq yollarında aşkarlanmır.
Milli.Az