Ölkə

Yaxın 2 gündə Abşeron yarımadası və Bakıda havanın temperaturu 40 dərəcəyədək yüksələcək

12 İyun 2020 12:19
15 Şərh     Baxış: 4 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında kəskin isti günlərin sayının artmasıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yaxın 2 gündə - iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, Aran bölgəsində isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir, Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir:

"Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Məsələn, vacib olmadığı halda Günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmayın. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.