Ölkə

Bakıda karantin qaydalarını pozan 3 nəfərə cinayət işi başlandı

12 İyun 2020 13:19
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Qədirov Samid Tahir oğlu, Babalıyev Əflatun Ağaverdi oğlu və Qəmbərov Tufan Təvəkkül oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinirlər.

Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.