Ölkə

"Polis vətəndaşa bundan artıq nə etməlidir?" - Xalq artisti

8 İyun 2020 15:13
Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Polis əməkdaşlarının xidməti göz qabağındadır. Biz pandemiya dövründə karantin başlayan gündən bu günə qədər hər zaman polisdən ancaq nümunəvi hərəkətlər görmüşük".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. 

Ustad xanəndə dövlətin, xalqın keşiyində duran şəxslər olaraq polisin xidmətini təqdir edib:

"Yolda xəstəni xəstəxanaya çatdırıblar, birinə çörək alıb veriblər, birinə pul veriblər. Polisin işi xidmət aparmaqdır. Polis dövlətin, xalqın keşiyində duran bir orqandır. Pandemiya dövründə çox nümunəvi hərəkət etdilər, xalqın keşiyində durdular. Həkimlərimiz qədər polislərimiz də xalqın böyük rəğbətini qazandı. Polisin işi əmrə tabe olmaqdır. Nə göstəriş verilirsə gecə-gündüz, yağışda, qarda, istidə yorulmaq demədən postlarda, küçələrdə xidmət aparırlar. Onların işi odur"

Xalq artisti polisin pandemiya və xüsusi karantin dövründə atdığı bütün addımların insanların sağlamlığının, təhlükəsizliyinin qorunması məqsədi daşıdığını qeyd edib:

"Məqsəd nədir? - Xalqın sağlamlığını qorumaqdır məqsəd. Məqsəd budur ki, insanlar özünü qorusun, sosial məsafəni gözləsinlər, maska taxsınlar ki, xəstələnməsinlər. Polisin işini yüksək qiymətləndirirəm ki, doğurdan da çox yaxşı xidmət etdilər. Dünən izlədim ki, çörək almağa gedən qadına maşından çörəyini, yeməyini çıxardıb verdi. Birini xəstəxanaya çatdırdı, biri dəfnə gedirdi, icazəsi də yox idi, onu öz maşınları ilə dəfnin keçirildiyi yerə çatdırdılar. Polis vətəndaşa bundan artıq nə etməlidir? Polis xalqın keşiyində durur. Onlar da Azərbaycan xalqının övladlarıdır". 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.