Ölkə

"Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır"

1 İyun 2020 12:43
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi 3-5 adam özünü demokratik cümhuriyyətin varisi hesab edir. Ancaq demokratik cümhuriyyətin varisi bizik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri bildirib ki, bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir: "Bugünkü müstəqil Azərbaycan Prezidenti həm də demokratik cümhuriyyətin Prezidentidir. Həmin yolun davamçısıdır.

Bu gün demokratik cümhuriyyətdən xəbəri olmayanlar indi özlərini varis hesab edirlər. Onlar kimdirsə özləri müəyyənləşdirsinlər. Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır. Erməni lobbisi ilə birləşib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlardır. Onlardan hansı demokratik cümhuriyyətin varisi ola bilər ki?"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.