Ölkə

DİM qəbul imtahanından çıxarılmış mövzuları açıqladı

21 May 2020 17:54
0 Şərh     Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları"nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc edilmiş "Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları"nı qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları"nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular

"Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları"nın tam mətni ilə "Abituriyent" jurnalının 1-ci nömrəsində tanış ola bilərsiniz. Jurnalı DİM-in kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.