Ölkə

Mingəçevirdə maskalı şəxslər evə hücum etdi, ər-arvad xəsarət aldı

18 May 2020 18:54
0 Şərh     Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevir şəhərində maskalı şəxslər evə basqın edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin A.Puşkin küçəsi, 37 saylı mənzildə baş verib. 3 nəfər naməlum şəxs evin hamam otağının nəfəsliyindən mənzilə daxil olarkən ev sahibi ilə rastlaşıblar.

Həmin şəxslər ev sahibi Rəna Allahverdiyevaya və onun həyat yoldaşı Mahir Allahverdiyevə hücum edərək hər iki şəxsə müxtəlif bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək zəruri istintaq hərəkətləri aparıb. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.