Ölkə

AMEA: Magistrantların dissertasiya işlərinin müdafiəsi ənənəvi yolla aparılacaq

14 May 2020 17:48
0 Şərh     Baxış: 750
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Magistrantlar üçün imtahan sessiyası və dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti Aparatının Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə keçirilən onlayn görüşdə deyib.

AMEA-nın Elm və təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.