Ölkə

Metro yenidən bağlanır? - AÇIQLAMA

13 May 2020 15:31
0 Şərh     Baxış: 5 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Metropoliteninin yenidən bağlanacağı ilə bağlı məlumat yayılıb. İddia edilir ki, sabahdan etibarən metroya giriş yenidən məhdudlaşdırılacaq.

Milli.Az.Az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya girişin məhdudlaşdırılacağı barədə xəbər yalandır.

"Ümumi statistik göstəricilərə əsasən metroda hazırda sərnişin sayı ümumi daşımadan 7-9 dəfə aşağıdır. Bu da sərnişinlərin sosial məsafəni qoruması üçün kifayət qədər imkan yaradır. Yəni vaqonlarda sıxlıq yaşanmır, məsafə qorunur. Vaqonlarda sıxlıq olmaması üçün metroda xidmət aparan polis əməkdaşları da maksimum dərəcədə çalışırlar. Metropoliten gücləndirilmiş iş rejimində işləyir. Gəlib müşahidə də apara bilərsiniz ki, metroya bir sərnişin də maskasız buraxılmır", - B.Məmmədov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.