Ölkə

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb

2 May 2020 18:27
0 Şərh     Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda "Kia Rio" markalı avtomobilin sürücüsünə "saxla" əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər. Həmin şəxslər dərhal Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.

Saxlanılarkən onların Bakı sakini Ə. Mustafazadə, Qax rayon sakini S. Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K. Gülhüseynzadə olduqları müəyyən edilib və rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.