Ölkə

Bakı Media Mərkəzi Azərbaycan polisinə həsr olunan videoçarx hazırlayıb

2 May 2020 12:07
Baxış: 1 105
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub.

Sözügedən çarxı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.