Ölkə

Azərbaycanda daha 300 məhkum azadlığa buraxıla bilər

1 May 2020 17:04
0 Şərh     Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib. Bunlar kifayət qədər insana şamil olunub.

Komitə sədri vurğulayıb ki, koronavirusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi: "May ayı ərzində də cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.