Ölkə

Bakıda moped oğurlayan şəxslər saxlanıldı - FOTO

28 Aprel 2020 16:55
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda moped oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, aprel ayının 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus "Twister" və "Jonway" markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Twister" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qorxmaz Eyvazov, "Jonway" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.