Ölkə

Azərbaycanda 3 ayda 50 milyon tondan çox yük daşınıb

23 Aprel 2020 14:02
0 Şərh     Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,8 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalma müşahidə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yüklərin 3,0 faizi dəniz, 7,0 faizi dəmir yolu, 0,1 faizi hava, 58,8 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,3 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 3,6 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,6 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 499,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalıb.

Hava nəqliyyatı ilə yükdaşıma 53,4 faiz artaraq 69,5 min ton olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.