Ölkə

Karantin rejimində məhdudlaşdırıcı tədbirlər deputatın şəxsi və xidməti avtomobillərinə də şamil edilməyəcək

7 Aprel 2020 13:26
0 Şərh     Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. 

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.