Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Apardığımız araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müəssisədə tələbata uyğun olaraq istehsalat mexanizmi qurulub: "Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər".
S.Babayeva qeyd edib ki, müəssisə koronavirus pandemiyası bitdikdən sonra da fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





