Azərbaycanda bu gündən hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, bu gündən başlayaraq, aprelin 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
M.Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün xarakterikdir: "Bu dövrdə qarın yağması ötən illər ərzində də müşahidə edilib. Biz bu dəfə də hava şəraitinin dəyişməsi nəticəsində dəniz səviyyəsindən 1000-1500 metr yüksəkdə yerləşən kəndlərimizə qarın yağmasının şahidi ola bilərik".
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                        