Ölkə

Xızı polisi yaşlı insanlara ərzaq yardımı edib - FOTO

2 Aprel 2020 10:33
1 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən "Evdə qal" aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi söhbətlər apararaq, onları maraqladıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barəsində məlumat verilər.

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.