Ölkə

BŞİH: Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur - VİDEO

30 Mart 2020 18:07
Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən görülən dezinfeksiya işləri davam etdirilir.

BŞİH mətubat xidmətindən Milli.Az-a verilən məlumata görə, koronavirusun yayılma təhlükəsinin qarşısını almaq üçün bu gün paytaxtda yolların təmizlənməsi ilə bağlı yeni yuyucu vasitədən istifadə olunub:

"Bu günlərdə həm dezinfeksiya, həm də yolların yuyulması məqsədəuyğundur. Buna görə də Bakıda ilk dəfə olaraq Ceyhun Hacıbəyli küçəsində yeni yuyucu vasitədən istifadə olunmaqla dezinfeksiya işləri görülüb. Sözügedən küçə bütünlüklə yeni yuyucu vasitəsi ilə təmizlənib. Bu işlər davamlı şəkildə digər küçə və prospektlərdə də həyata keçiriləcək".

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.